“Təəssüf ki, İrandan çatlaq səsləri gəlir”. ONN media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Soçi səfərindən əvvəl Əsənboğa hava limanında jurnalistlərə açıqlama verən prezident Suriyanın şimalında təşkil olunan “Sülh çeşməsi” ilə bağlı danışıb. Ərdoğan İranın hərəkatla bağlı verdiyi açıqlamalara sərt reaksiya göstərib. "İrandan gələn bəzi açıqlamalar məndə ciddi mənada kədərə səbəb olub. İran qısa müddət 15-20 il əvvələ qədər keçmişinə qayıtsa, görəcək ki, nüvə başlıqlı silahlar məsələsində Ərdoğanın İran ilə bağlı sərgilədiyi mövqeləri bütün dünya bilir. İrandan təəssüf ki, bəzi çatlaq səsləri gəlir. Cənab Ruhanidən deyil. Bunları başda cənab Ruhani olmaqla, susdurmaları lazım idi. Bu, mən daxil, mənim iş yoldaşlarımı ciddi anlamda narahat edir. Biz Soçi razılaşmasının 3 tərəf ölkəsiyik. Bir-birinə bu şəkildə xəyanət edilərmi? Bu, yanlışdır. Bu proseslə bağlı olaraq onları ciddi mənada qınayıram”, - Ərdoğan deyib. Qeyd edək ki, rəsmi Tehran “Sülh çeşməsi”nin başladığı gündən bəri hərəkata qarşı təxribat xarakterli yazılar dərc edir və açıqlamalar verir. Son açıqlama ötən gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi tərəfindən verilmişdi: “Türkiyənin təhlükəsizlik qayğılarını anlayırıq. Amma Ankaranın Suriyada hərbi müşahidə məntəqələri qurmasına qarşıyıq. Bu məsələlər diplomatik qaydada həll olunmalıdır. Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir”.
Ərdoğan İrana OD PÜSKÜRDÜ: Başda Ruhani olmaqla...



İrandan ABŞ-ın qərarına - İLK REAKSİYA
İranı fəlakət gözləyir- Nə baş verir?
Ərdoğan Cənubi Qafqazdan DANIŞDI: "Bu, işimizi asanlaşdıracaq"
Ərdoğan Azərbaycandan təbii qazın həcminin artırılmasının səbəbini açıqlayıb
Ərdoğan AÇIQLADI: can Azərbaycan başda olmaqla... - VİDEO
Ərdoğan ABŞ-a səfər edəcək?
Ruhani: Trampın gedişinə görə xoşbəxtik
Ruhani: Ərdoğanın oxuduğu şeirdə...
Ərdoğan yenidən Rusiyaya gedəcək
Ərdoğan və Miçotakis Əfqanıstanı müzakirə etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 