Prezident İlham Əliyevin ötən həftə keçirilən müşavirədə dövlət tərəfindən aparılan islahatlara və bu islahatlara meyilli, yeni təfəkkürə malik kadrlara qarşı bəzi iqtidar nümayəndələrinin kampaniya aparması və bu kampaniyanı mətbuat vasitəsi ilə həyata keçirilməsi barədə çıxışı geniş rezonans doğurdu. Prezidentin bu çıxışından sonra köməkçisi Əli Həsənov ötən gün mətbuata açıqlama verərək, bu kampaniyanın ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda aparıldığını bildirdi. Məsələ ilə bağlı danışan Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli bildirib ki, islahatlara qarşı kampaniya aparan media qurumlarının adları Mətbuat Şurasına bəllidir. “Nüfuzlu və ciddi media orqanları bu proseslərə qatılmır. İslahatlara qarşı kampaniyaya qoşulanlar media prinsiplərini pozan və Şuranın qara siyahısında olan mətbuat orqanlarıdır. Müəyyən güc mərkəzləri tərəfindən yaradılan və idarə edilən bu mətbuat orqanları haqqında ciddi şəkildə bəyanatlar və açıqlamalarımız da olub. Sadəcə, müəyyən qisminin arxasında iri dövlət məmurları durduğu üçün onlara qarşı tam effektli mübarizə aparmaq olmurdu. Lakin bir halda ki Prezident İlham Əliyevin də diqqəti onların üzərindədir, yəqin ki, artıq onlara qarşı effektiv, ciddi mübarizə aparılacaq və adları da açıqlanacaq”. Prezidentin müşavirəsindən dərhal sonra Mətbuat Şurasının keçirdiyi iclasda bu cür media orqanlarına qarşı mübarizə aparılması barədə təkliflərin müzakirə olunduğunu vurğulayan M.Ələsgərli artıq bu barədə Şuranın tədbirlər planının hazırlandığını qeyd edib.axar.az
Prezidentin tənqidi: adlar açıqlanacaq – MŞ plan hazırladı



Əflatun Amaşov: "MŞ-ya şikayətlərin 30 faizi məktəb direktorları və müəllimlər tərəfindən edilir"
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib
Avtomobillə təmin edilən müharibə əlillərinin sayı AÇIQLANDI
Azərbaycan Prezidenti: Bu islahatlar onların şəxsi maraqlarına toxunur
“Məmurlar arasında düşmənçilik o həddə çatıb ki…” – Fəzail Ağamalı AÇIQLADI
İtaliya mediası Azərbaycandakı seçkilər barədə yazdı
Jurnalistlərin VII Qurultayı başa çatdı
Amaşovdan Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA
Mətbuat Şurasının fəaliyyətində yeniliklər olacaq
Bu saytın adı “qara siyahı”ya salındı
Mətbuat Şurasına yeni sədr seçildi
"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" adlı müsabiqənin qalibləri mükafatlandırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 