“Ölkə prezidentinin çıxışını diqqətlə izlədim. Cənab prezident 9 ay ərzində ölkə iqtisadiyyatında və sosial sahədə əldə edilən uğurların üzərində lakonik şəkildə dayandı. Bütün bu inkişafın daha geniş xarakter alması və gözlədiyimizdən daha yüksək sürətlə inkişafının vacibliyini önə çəkdi”. ONN media xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı prezidentin sırağagünkü iqtisadi müşavirədə etdiyi çıxışı şərh edərkən bildirib. Deputat qeyd edib ki, ölkə başçısı son təyinatlar barədə fikirlərini bu cür izah edib: “Eyni zamanda, cənab prezident bu islahatların həyata keçirilməsi zamanı son təyinatlar barədə də danışdı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etmiş olduğu kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə qurmasını vurğulamaqla bərabər, onlara qarşı “qara pia”dan da söz açdı. Mətbuat vasitəsilə çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, iqtidar daxilində ayrı-ayrı məmurlar tərəfindən şantaj edildiyini deməsi hər kəsin reaksiyasına səbəb oldu. Bu, bir daha onu göstərdi ki, ölkə prezidenti iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var”. Fəzail Ağamalının sözlərinə görə, məmurlar arasındakı düşmənçilik o səviyyəyə çatıb ki, prezident bunu artıq açıqlamalı və önə çəkməli oldu: “Həmçinin, onlarla bir yerdə işləməyin mümkün olmayacağını deməsi ciddi xəbərdarlıq idi. Hər birimiz müxtəlif mənbələrdən daxil olan söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar az qala radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Bu məsələlər vardı. Yayılmış olan söz-söhbətlərin kifayət qədər əsası vardı ki, müşavirədə cənab prezident bunu açıqladı və konkret mesajını verdi. İnanıram ki, yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq və bunun əhəmiyyətini də görəcəyik”.
“Məmurlar arasında düşmənçilik o həddə çatıb ki…” – Fəzail Ağamalı AÇIQLADI



Deputat zabiti döyəndən sonra ona deyib ki.... - ŞOK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
Prezidentin bu addımı hər kəsə mesaj oldu – Millət vəkili
Ayaz Mütəllibov Prezidentlə görüşündən danışdı: “Biz hər zaman bir olmalıyıq”
Deputatlar arasında mübahisə: "Yolverilməzdir"
Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir
Şuşa adından istifadə ilə bağlı qanun layihəsi
“Fazil Məmmədov əziyyət çəkirdi” - Deputat kadr dəyişikliyini şərh etdi
Deputat: "2018-ci il də iqtisadi uğurlarla yadda qalacaq"
ŞAD XƏBƏR – Maaşlar yenə ARTIRILIR
Milli Məclisdəki 70+ deputatların SİYAHISI
Suyu israf edənlər cəzalanacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 