Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər oktyabrın 29-dan etibarən müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu barədə ONN media -ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Namizədlər müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - Namizədin elektron anketi - Şəxsiyyət vəsiqəsi - Məhkumluğun olmaması barədə arayış - Ali təhsil haqqında sənəd (diplom) - İş yeri haqqında arayış (olduğu təqdirdə) Müsahibələri DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində mərkəzin məsul əməkdaşları aparacaqlar. Müsahibə zamanı namizədin psixoloji və fiziki cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, stress vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcəklər. Qeyd edək ki, hal-hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 518 namizəd qeydiyyatdan keçmiş və onlardan 119 nəfəri DİM-in zal nəzarətçiləri bazasında olduğu üçün müsahibə mərhələsində iştirak etməkdən azaddırlar. Onlar qeydiyyatdan keçdikdən sonra birbaşa intellekt səviyyənin yoxlanılması üçün test imtahanına dəvət edilirlər. Xatırladaq ki, ötən il 565 namizəd zal nəzarətçisi sertifikatı əldə edərək DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmişdir. İmtahanlara təyinat aparılan zaman, imtahanların xüsusiyyətləri, ixtisas, yaş və digər tələblər də gözlənilməklə, zal nəzarətçisi kimi fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük verilir.
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin DİQQƏTİNƏ!



İş arzusunda olan müəllimlərin NƏZƏRİNƏ
MİQ ilə bağlı daha bir məlumat
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ
İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!
Altı məktəbə yeni direktor təyin edildi
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin nəzərinə...
MİQ üzrə müsahibə mərhələsinin nəticələri bəlli oldu
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edildi
FHN-də işləmək istəyənlərin nəzərinə
Müəllim olmaq istəyənlərin diqqətinə
FHN-da işləmək istəyənlərin nəzərinə
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 