Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunub.
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.
Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.
İndiyədək keçirilən müsahibələrdə 29 namizəd iştirak edib, onlardan 6-sı uğur qazanıb.
Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər.
Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.



Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Diqqət- Nəticələr açıqlandı
MİQ üzrə müsahibə mərhələsinin nəticələri bəlli oldu
DİQQƏT- Apelyasiya nəticələri açıqlandı
Bakıdakı bu məktəblərə direktor axtarılır
DİQQƏT- MİQ üzrə imtahanın nəticələri açıqlandı
Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
MİQ ilə bağlı daha bir məlumat
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir
Nazirlik: Daha 871 nəfər işə qəbul olunub
İş arzusunda olan müəllimlərin NƏZƏRİNƏ
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə bu tarixdə keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 