Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, ümumilikdə 5 740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.
Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq



MİQ ilə bağlı daha bir məlumat
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Xüsusi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ
MİQ üzrə imtahanın müsahibə mərhələsi başlanılır
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə bu tarixdə keçiriləcək
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
MİQ üzrə müsahibə mərhələsinin nəticələri bəlli oldu
DİQQƏT- Vakansiya seçimi başa çatdı
Müəllim olmaq istəyənlərin diqqətinə
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Nəticələr AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 