Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutundan bildirilib.
Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4 658 nəfər uğur qazanıb.
Müsahibələrdə uğur qazanan namizədlər sentyabrın 2-si saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər avqustun 27-si saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.



DİQQƏT- MİQ üzrə imtahanın nəticələri açıqlandı
Müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə!
DİQQƏT- Apelyasiya nəticələri açıqlandı
Diqqət- Nəticələr açıqlandı
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Nazirlik: Daha 871 nəfər işə qəbul olunub
Nəticələr AÇIQLANDI
DİQQƏT- Bu imtahanın nəticələri açıqlandı
MİQ üzrə vakansiya mərhələsinin NƏTİCƏLƏRİ
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə bu tarixdə keçiriləcək
İş arzusunda olan müəllimlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 