Möhtərəm cənab Prezident, ilk növbədə, mənim fəaliyyətimə yüksək qiymət verdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısı tərəfindən bir məmur kimi fəaliyyətimə verilən bu cür yüksək qiymət mənim üçün ən böyük şərəfdir. Sizin haqqımda söylədikləriniz şəxsən mənim üçün ən böyük şərəfdir. Eyni zamanda, möhtərəm cənab Prezident, istəyirəm Sizə minnətdarlığımı bildirim ki, məni bu yüksək etimada layiq görmüsünüz. Mən Sizi əmin edirəm, əlimdən gələni edəcəyəm ki, bu yüksək etimadınızı doğruldum. ONN media xəbər verir ki, bu fikirləri Şahin Mustafayev yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib. "Doğrudan da Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir. Bunu hər kəs, hər bir Azərbaycan vətəndaşı bilir, gündəlik həyatında görübdür. Müqayisəsiz bir mənzərə mövcuddur - 2003-cü il və 2019-cu il tamamilə başqa mənzərədir. Siz qeyd etdiyiniz kimi, ölkə iqtisadiyyatı 3,3 dəfə artmışdır. Siz qeyd etdiyiniz kimi, ölkənin əsas maliyyə mənbəyi neft sektoru olduğu üçün bu sektor daha da yüksək templərlə inkişaf etmişdir. Qeyri-neft sektoru aşağı templərlə - 2,8 dəfə artmışdır. Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrdən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə də genişmiqyaslı işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını xatırlatdınız. Bu proqram Sizin sosial-iqtisadi sahədə ilk proqramlarınızdan biri olmuşdur. Qeyd etməliyəm ki, proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik də eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar - 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrilmişdir. Nəqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımaların həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır. Cənab Prezident, Siz oktyabrın 15-də keçirdiyiniz iqtisadi müşavirədə bizim qarşımızda çox aydın vəzifələr qoydunuz. Mən əminəm ki, verdiyiniz tapşırıqların icrası istiqamətində Sizin rəhbərliyinizlə görüləcək işlərin mütləq daha gözəl nəticələri olacaqdır. Sizi əmin etmək istəyirəm ki, bu nəticələrə çatmaq üçün mənə həvalə etdiyiniz sahədə əlimdən gələni əsirgəməyəcəyəm", - Şahin Mustafayev deyib .(publika)
Şahin Mustafayev Prezidentə SÖZ VERDİ: Sizi əmin edirəm...



Nazirdən Prezidentə: Söz verirəm ki...
İşdən çıxarılan Əli Həsənov Prezidentə SÖZ VERDİ: Ömrümün axırınacan...
"Bu mənim üçün çox böyük mükafatdır"- Polad Bülbüloğlu
Cahangir Əsgərov Prezidentə müraciət etdi
PA-nın yeni rəhbərindən ilk açıqlama
Əli Əsədov Prezidentə təşəkkür etdi
SON DƏQİQƏ: "Qəbələ" futbol klubuna yeni prezident təyin edildi
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Moldova prezidenti İlham Əliyevi təbrik edib
Prezidentdən işdən çıxardığı Əli Həsənova: Ümid edirəm ki, iqtidar komandasında...
Prezident ona da EV VERDİ
İlham Əliyev və xanımı Fransa səfirliyində
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 