"Turan Araşdırma Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" layihəsi çərçivəsində növbəti tədbirini Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirib. ONN media xəbər verir ki, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini Cavid İsmayıl deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşmənə göstərdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi nəticəsində Cocuq Mərcanlının təhlükəsizliyi təmin olundu. 1993-cü ildə düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub bütün infrastruktura malik abad qəsəbəyə çevrildi. Cavid İsmayıl vətənpərvərliyin ən ali insani hiss olduğunu deyib. Bildirib ki, bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgəyaşayışının tarixi təcrübəsi olan Azərbaycan multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Şair, publisist, professor Əhməd Qəşəmoğlu, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti, görüşün məqsədi barədə bəhs ediblər. Çıxışlardan sonra Cocuq Mərcanlı sakinlərinə “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər İsmayılovun həyata keçirilən layihə çərçivəsində çap edilmiş “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” və digər əsərləri, həmçinin yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu kitablar hədiyyə edilib. Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini təbliğ edən, Azərbaycanın məruz qaldığı tarixi faciələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara bukletlər, broşürlər, videomateriallar paylanıb. Qeyd edək ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihəsinin məqsədi Vətənə məhəbbət, ölkəmizin ərazi bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib - FOTOLAR



TAM-ın növbəti tədbiri Cocuq Mərcanlıda keçiriləcək
Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək
Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir! Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
Cocuq Mərcanlıda yeni müəssisə açıldı
Cocuq Mərcanlıya 400 kitab hədiyyə olundu - FOTO
Cocuq Mərcanlıda Novruz şənliyi - FOTO
Cocuq Mərcanlıda son vəziyyət necədir?
Cocuq Mərcanlıda çoban minaya düşdü
Yeni nazir Cocuq Mərcanlıda
Cocuq Mərcanlı qayıdış rəmzimizdir - Hikmət Hacıyev
Cocuq Mərcanlı kənd sakinlərinin prezidentə minnətdarlığı
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 