Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 90-dən çox ailə köçürülüb. ONN media bildirir ki, bunu Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. K.Həsənov bildirib ki, köçürülmə prosesi davam edir və yaxın vaxtlarda bu proses başa çatdırılacaq. İcra başçısı vurğulayıb ki, kənddə bütün sosial obyektlər, o cümlədən poçt, səhiyyə, təhsil müəssisələri tam gücü ilə əhaliyə xidmət göstərir. K.Həsənov onu da qeyd edib ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə istixana və arıçılıq təsərrüfatları yaradılıb. Onun sözlərinə görə, Cocuq Mərcanlıda suvenir müəssisəsi tikilir və mart ayında istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, ötən ilin dekabr ayında Cocuq Mərcanlıda istirahət parkı da əhalinin istifadəsinə verilib. Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.
Cocuq Mərcanlıda son vəziyyət necədir?



Cocuq Mərcanlıda yeni müəssisə açıldı
Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir
Cocuq Mərcanlıya yeni sakinlər köçürülür
Cocuq Mərcanlı kənd sakinlərinin prezidentə minnətdarlığı
Cocuq Mərcanlıda YENİLİK
Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək
Yeni nazir Cocuq Mərcanlıda
Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
Cocuq Mərcanlıda çoban minaya düşdü
Cocuq Mərcanlıda Novruz şənliyi - FOTO
Cocuq Mərcanlıda yeni uğur
Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 