29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. SOCAR-dan Axar.az-a bildirilib ki, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılmışdır. Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi. Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılmışdır. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.
SOCAR-ın kəşfiyyat qayığında partlayış: 1 ölü, 3 yaralı



SOCAR-ın işçisi həbs edildi
FHN və Baş Prokurorluqdan partlayışla bağlı - MƏLUMAT
Ağdamda PARTLAYIŞ: Əsgərimiz həlak oldu - YARALILAR VAR
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
Azərbaycanda yeni seysmik stansiya quraşdırıldı
SON DƏQİQƏ: İçərişəhərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Ağır yaralılar var
Cəbrayılda sursat partladı: ANAMA əməkdaşı həlak oldu
Əfqanıstanda güclü partlayış- Ölən və yaralanan var
Kürdəmirdə ağır qəza olub: Yaralananlar var
Azərbaycanda güclü partlayış- Yaralı var
SON DƏQİQƏ: Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu
Rusiyada silah zavodunda PARTLAYIŞ: ölən və yaralananlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 