Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus geoloji kəşfiyyat qayığında baş verən partlayışla bağlı bir nəfər həbs edilib. ONN media xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, qayığa məhsul şəxs Məhub Əli oğlu Əliyev həbs edilib. İttihama görə, 29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. Nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi. Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb. İstintaq araşdırması zamanı Məhbub Əliyev təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Məhbub Əliyevin barəsində olan cinayət işi baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 19-na təyin olunub.
SOCAR-ın işçisi həbs edildi



SOCAR-ın kəşfiyyat qayığında partlayış: 1 ölü, 3 yaralı
FHN və Baş Prokurorluqdan partlayışla bağlı - MƏLUMAT
Dövlət qurumunun əməkdaşları təltif edildi - SİYAHI
Dövlət Neft Şirkətinin bir qrup işçisi təltif edildi - SƏRƏNCAM
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezident onları təltif etdi
KİV əməkdaşlarına fəxri adlar verildi - SƏRƏNCAM
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
SOCAR-dan güclü partlayışla bağlı açıqlama - Yenilənib
Prezident onlara fəxri adlar verdi - SİYAHI
Ağdamda PARTLAYIŞ: Əsgərimiz həlak oldu - YARALILAR VAR
Qarabağda erməni təxribatı: daha 4 polis həlak oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 