Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.
ONN media APA-ya istinadən xəbər verir ki, müraciətində H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb. Qeyd etmək istərdik ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.Hafiz Paşayev istefa verdi



İlham Əliyev Hafiz Paşayevi təltif etdi – SƏRƏNCAM
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik etdi
Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edildi
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
Diplomatlar Füzuli rayonunun Merdinli kəndində
Hafiz Paşayevə AĞIR İTKİ
Azərbaycanla Hindistan arasında iki sənəd imzalanıb
Nazir yeni rektoru kollektivə təqdim etdi
Azərbaycan-İtaliya sənədləri mübadilə edildi
Prezident bu rektoru vəzifəsindən azad etdi - Yeni təyinat
Tərtər İcra Hakimiyyətində yeni təyinat
Mustafa Şentop bu gün Azərbaycana səfərə gəlir
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 