Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub. Universitetdən ONN media -ya bildirilib ki, “Macarıstanın Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib. ADA Universitetində keçirilən mərasimdə səfir ölkəsinin Prezidenti Yanoş Aderin adından təbrikləri çatdırıb və mükafatı təqdim edib. O vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb. Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O deyib: “Hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirmək vacibdir ki, gələcəyimiz əmin əllərdə olsun”. Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın xarici siyasət və ticarət naziri Peter Siyartonun ADA Universitetindəki çıxışı barədə yüksək təəssüratını bölüşüb. O qeyd edib ki, nazir ADA-nın tələbə və müəllim heyəti qarşısındakı çıxışını və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yaddaqalan hissəsi kimi xatırlayır. Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırlayıb və bildirib ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi. Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd ediblər. Vurğulanıb ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildirilər. ADA Universitetində Vışeqrad Qrupunun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olunub.
Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edildi



İlham Əliyev Hafiz Paşayevi təltif etdi – SƏRƏNCAM
Hafiz Paşayev istefa verdi
Hafiz Paşayevə AĞIR İTKİ
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik etdi
MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib
İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik etdi
Azərbaycan və Macarıstan arasında sənədlər imzalandı
Prezidentin yeni köməkçisi Anar Ələkbərov kimdir? — DOSYE
Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü
Mustafa Şentop bu gün Azərbaycana səfərə gəlir
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
Azərbaycanla Hindistan arasında iki sənəd imzalanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 