İraqda zorakılıq və iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarının davam etdiyi bir ay ərzində azı 250 nəfər həlak olub, 11 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Al-Hadath telekanalı ölkə parlamentinin insan hüquqları üzrə komitəsinə istinadla məlumat yayıb. Komitədən verilən məlumata əsasən, etiraz aksiyaları başladıqdan bəri 2500 iraqlı saxlanılıb ki, onlardan 500-ü hələ də həbsdədir. Oktyabrın 30-da insan hüquqları üzrə Ali Komissiya təkcə ötən həftə ölkədə 100 nəfərin həlak olduğu barədə məlumat yayıb. Bununla yanaşı, ordunun operativ qərargahı güc strukturlarının ölüm halları ilə əlaqəsini inkar edərək, Bağdadın bəzi rayonlarında etirazçılara hücum etməkdə şübhəli bilinən cinayətkar qrup üzvlərinin saxlanıldığını bildirib. Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib. Bağdadda və ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq olunub. İraqda fəaliyyət göstərən heç bir partiya və siyasi lider etirazların arxasında durduğu barədə bəyanatlar verməyib. BMT-nin insan hüquqları üzrə Ali komissarı dinc nümayişçilərin həlak olması ilə bağlı açıq təhqiqata başlamağı tələb edib (Azərtac).
Ölkə ŞOKDA: 250 ölü, 11 min yaralı



Baş nazir istefa verməyə hazırlaşır
Polis etirazçılara atəş açdı - 5 ÖLÜ
İraqda etiraz dalğası: 12 ölü, 650 yaralı
İraqda etiraz aksiyaları - 4 nəfər həlak oldu
İraqda etirazlar 400 can aldı
Etiraz aksiyaları zamanı 1550 nəfər saxlanılıb
İranda etirazlar davam edir: helikopterdən atəş açıldı
Qadağa daha bir həftə uzadıldı
XİN-dən Fransaya ÇAĞIRIŞ
Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
İraqda etirazlar davam edir: 10 ölü
SON DƏQİQƏ: İran konsulluğuna DƏHŞƏTLİ HÜCUM: ölənlər və çox sayda yaralılar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 