Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib.
ONN media xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
Nazir deyib: "Saxlanılanların sayı Paris üçün bir rekord oldu və 1550-ni keçdi. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizəorqanları tərəfindən saxlanılmayıb".
Xatırladaq ki, ötən gün Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak edib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, dekabrın 1-i etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.



5,5 mindən çox insan küçələrə axışdı
"Sarı jiletlər"in aksiyası davam edir
İraqda etiraz dalğası: 12 ölü, 650 yaralı
Fransada "Sarı jiletlilər" etiraz aksiyaları keçirib
Fransanın daha bir şəhəri ayağa qalxdı
Fransada GƏRGİNLİK ARTDI: Minlərlə insan küçələrdə…
Fransada nümayişlərdə 330 nəfər saxlanıldı
Fransada polis qüvvələri ayağa qaldırılıb
İrandakı aksiyalarda ölənlərin sayı açıqlandı
Sarı jiletlilər yenidən meydanda
Paris yenə qarışdı: Bu dəfə avtomobillərə OD VURDULAR
Moskvada 20 mindən çox insan AYAĞA QALXDI - NƏ BAŞ VERİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 