Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
ONN media xəbər verir ki, bu barədə “Report”a hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib. O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Qeyd edilib ki, Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Xatırladaq ki, yaralının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir. Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.Mehriban Əliyeva Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürdü



Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürüldü
Oqtay Gülalıyev hər iki gözünü açdı
SON DƏQİQƏ: Oqtay Gülalıyev Türkiyəyə aparılır
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
Oqtay Gülalıyevi vuran sürücü HƏBS EDİLDİ
Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var
Oqtay Gülalıyev yenidən ƏMƏLİYYAT OLUNDU - Vəziyyəti...
Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat YAYDI
Oqtay Güləliyevdən xəbər var
Oqtay Gülalıyevlə bağlı YENİ XƏBƏR VAR
Mehriban Əliyeva Həlimə xanımın yas xərcini üzərinə götürdü
Oqtay Gülalıyev evə buraxıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 