Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevdən təzə xəbər var. Məlumata görə, Oqtay Güləliyevin oğlu Təbriz Güləliyev atasının son durumdan danışıb: “Atamın durumu hələ də ağırdır. Süni nəfəs aparatını ayırmalarına baxmayaraq, atam koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”. Oqtay Güləliyev Türkiyədə – İstanbul şəhərində Avrasiya klinikasına yerləşdirilib. Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda 2-ci dərəcəli koma vəziyyətindədir, ətrafında baş verənlərdən xəbərsizdir. Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır. (modern.az)
Oqtay Güləliyevdən xəbər var



SON DƏQİQƏ: Oqtay Gülalıyev Türkiyəyə aparılır
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var
Mehriban Əliyeva Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürüldü
Oqtay Gülalıyev evə buraxıldı
Oqtay Gülalıyevlə bağlı YENİ XƏBƏR VAR
Oqtay Gülalıyev hər iki gözünü açdı
Oqtay Gülalıyevi vuran sürücü HƏBS EDİLDİ
Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu
SON DƏQİQƏ: Oqtay Şirəliyev işdən çıxarıldı
Oqtay Gülalıyev yenidən ƏMƏLİYYAT OLUNDU - Vəziyyəti...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 