“Oqtayın hazırda İstanbuldakı “Amerika Xəstəxanası”na (“Amerika Hastanesi”) köçürülməsinə başlanılır». ONN media xəbər verir ki, bunu noyabrın 18-də “Azadlıq” radiosuna hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Xanımı deyib ki, “Avrasiya” Klinikasında aparılan müalicəyə baxmayaraq, O.Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur. “Vəziyyəti ağır olaraq qalır, komadan ayılmayıb. Hazırda epiqrizləri hazırlanır ki, yaxın saatlarda “Amerika Xəstəxanası”na aparaq”- F.Gülalıyeva bildirib. Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Beyin zəilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. modern.az
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR



Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürüldü
Mehriban Əliyeva Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyevi vuran sürücü HƏBS EDİLDİ
Oqtay Güləliyevdən xəbər var
SON DƏQİQƏ: Oqtay Gülalıyev Türkiyəyə aparılır
Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var
Oqtay Gülalıyev hər iki gözünü açdı
Oktay Gülalıyevi maşın vurdu
Oqtay Gülalıyevlə bağlı YENİ XƏBƏR VAR
Oqtay Gülalıyevin qəza anı: o, hansı səhvə yol verib? - Video
Oqtay Gülalıyev evə buraxıldı
Oqtay Gülalıyev yenidən ƏMƏLİYYAT OLUNDU - Vəziyyəti...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 