Cənubi Koreyada bir cənazə ləvazimatları şirkətinin yeddi il əvvəl başlatdığı "canlı cənazə" terapiyası seanslarına bu günə qədər 25 mindən çox insanın qatıldığı bildirilib. ONN media bildirir ki, seanslara qatılanlar "həyatın dəyərini anlamaq" üçün kəfən geyərək 10 dəqiqəlik müddətlə tabutun içinə girir. Paytaxt Seulda təşkil olunan seanslara yeniyetməklik dövründəki uşaqlar daxiil olmaqla hər yaşdan insanların maraq göstərdiyi bildirilir. Bu seanslara qatılanlardan biri olan Choi Jin-kyu adlı universitet tələbəsi bu seanslardan sonra həyata fərqli bir gözlə baxmağa başladığını deyib. Seanslara qatılanlar tabutların yanına vəsiyyətlərini və cənazə mərasimlərində aparılacaq fotolarını da qoyurlar. Mərkəzin başçısı Yeong Yongmun ödənişsiz keçirilən seansların iştirakçılarına "həyatlarının dəyərini bilmə, əfv etmə və ətrafla barışma fürsəti" təqdim etdiyini bildirib. O, "İnsanların ailə üzvlərinin cənazələrində hər şeyi unudub, necə barışdıqlarını görürük. Amma insanların üzləşməsi üçün bu qədər gözləməsi kədərlidir. Tez bir zamanda bununla üzləşib və üzr istəyib, həyatımızın qalan hissəsini xoşbəxt yaşamaq üçün bu təcrübə əhəmiyyətlidir" sözlərini deyib.
25 min insan kəfən geyərək tabuta girdi - NİYƏ?



Jurnalistlərə daha bir şad xəbər- Artıq...
TƏBİB: Cənazələrin tabutla dəfn edilməsi icazəlidir
Cənazə kimi tək bir ayağı gələn ŞƏHİDİMİZ - FOTO
Bu gün İranda milli matəmdir
Lotu Qulinin cənazə mərasimindən görüntülər yayıldı - VİDEO
Həkimlər öldü dedi - Diri-diri yandırılmaqdan son anda xilas oldu
Məşhur aktyorun dəfnində qalmaqal yaşanıb
Eldar Quliyevlə vida mərasimi keçirilir
Koronadan ölənlər üçün köhnə qəbirlər boşaldılır?- ŞOK
Qurban Mənsimovun cənazəsi Bakıya gətirilir
Bu da oldu - "Barbie"yə görə çəhrayı rəngli tabutlar hazırlandı
Azərbaycan mədəniyyəti Ham şəhərində
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 