Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər. ONN media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurumlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanov Qazax istiqamətində şəhid olub və ötən gün doğulduğu Xaçmaz rayonunun Mollabürhan kəndində dəfn olunub.
Əsgərimiz şəhid oldu: General dərhal sərhədə getdi - Foto



Generallar cəbhə xəttindəki hərbi hissədə
Elçin Quliyev Ermənistanla sərhəddə
Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
Elçin Quliyev Gürcüstan sərhəddində
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - FOTO
Elçin Quliyev Ermənistanla sərhəddə
Daha bir əsgərimiz şəhid oldu
Döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başladı
Bir hərbi qulluqçumuz yaralandı
Elçin Quliyev Ermənistanla sərhədə gedib
Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 