Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
ONN media xəbər verir ki, DSX-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqların icra vəziyyəti haqqında məruzələr dinlənilib.
Dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.
Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq bildirilmiş, çay süfrəsi arxasında söhbət aparılıb.



Elçin Quliyev Ermənistanla sərhəddə
Elçin Quliyev Ermənistanla sərhəddə
Əsgərimiz şəhid oldu: General dərhal sərhədə getdi - Foto
Generallar cəbhə xəttindəki hərbi hissədə
Elçin Quliyev Gürcüstan sərhəddində
Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
Elçin Quliyev Ermənistanla sərhədə gedib
Cəbhədə ERMƏNİ TƏXRİBATI: Sərhəd döyüş məntəqələri və avtomobil yolu atəşə tutuldu
Qazaxda erməni təxribatı - DSX məlumat yaydı
Bir hərbi qulluqçumuz yaralandı
SON DƏQİQƏ: Ermənistan ordusu sərhəddə hərəkətə keçdi - TƏXRİBAT
Düşmən təxribatının qarşısı alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 