Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.
"Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib. Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib”, - E.Hacıyev qeyd edib.
Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər küçədə yolu bağlayıb, maşınların hərəkətinə problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər.



Bakı polisindən koronavirus açıqlaması
Azyaşlıları diləndirən qadın saxlanıldı
Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR
DİN-dən bu şəxslərə xəbərdarlıq
Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Maştağada mağazadan oğurluq edilib
Hövsanda yas mərasimi verən 10 nəfər saxlanıldı
BŞBPİ AXCP üzvlərinin saxlanılması səbəbini AÇIQLADI
Bakıda idman zalında döyüş təşkil edən şəxs tutuldu
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
Bakı metrosunda tibbi maska satan şəxs tutuldu - YENİLƏNİB
Maşınında erməni mahnısı səsləndirən şəxslə bağlı xəbər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 