Büdcəni ümumilikdə müsbət qiymətləndirirəm. Hesab edirəm ki, büdcə layihəsi beynəlxalq iqtisadi proseslər nəzərə alınaraq hazırlanıb. ONN media xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqda davam edəm müzakirələrdə çıxış edərkən deyib. T.Kərimli həmçinin BP və digər beynəlxalq təşkilatların büdcəyə nə qədər vergi ödəməsi ilə maraqlanıb: “Mənim bundan xəbərim yoxdur. Ancaq bu məlumatların açıqlanması müsbət olardı. İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqət etməlidir”. Millət vəkili eyni zamanda 2023-cü ilə qədər müdafiə sahələrinə ayrılan vəsaitin azaldılmasına etiraz edib: “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər azaldılır? Biz sosial büdcənin artırılmasına sevinirik. Bu müsbət hadisədir. Amma müdafiə məsələləri də əhəmiyyətlidir”. Seçildiyi Ağsu rayonunda zəlzələ olduğunu xatırladan deputat bu hadisəyə dərhal reaksiya verən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Bildirib ki, məhz ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsi və Fövqəladə Hallar Nazirliyinin aktiv işləməsi zəlzələnin nəticələrinin aradan qaldırılmasına səbəb olub.
MM-də hərbi büdcəyə etiraz edildi



Maaşlar nə qədər artırılacaq?- Rəsmi
MM hökumətə vaxt verdi: 13 günə...
"Bu, xalq-prezident birliyinin nümunəsi idi" - Deputat
Bu şəxslər yüksək maaş almalıdır - Deputat
Prezident dövlət büdcəsini açıqladı
Tahir Kərimli:“Prezident İlham Əliyevin nüfuzu burada da özünü göstərdi”
Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş veriləcək
Deputat cərimələrin silinməsini təklif etdi
Millət vəkili parlamentdə Tarif Şurasını YIXIB-SÜRÜDÜ
Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
SOCAR üç hissəyə parçalana bilər?
Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 