Bu ilin 4 ayı ərzində dövlət büdcəsinə proqnozlaşdırılandan əlavə vəsait daxil olub. Bu da bir sıra layihələrin maliyyələşdirilməsi baxımından büdcəyə yenidən baxılmasını şərtləndirib.
ONN media-nın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2024-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərlə bağlı layihədə çıxışı zamanı deyib.
Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli isə deyib ki, sosial proseslərin tənzimləməsinə və bu sahəyə əlavə vəsaitin ayrılmasına ehtiyac var. Belə göstəricilərdən biri də minimum əməkhaqqı ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq xartiyalara və hökumətin strateji hədəfinə görə minimum əməkhaqqının orta maaşa nisbəti 60 %-ə çatdırılmalıdır.
Deputat Vahid Əhmədov qeyd edib ki, Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Deputat xərclənməyən vəsaitlərlə bağlı da öz fikirlərini bildirib.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinə dəyişikliklər plenar iclasa tövsiyə olunub



Maaş və pensiyalar 40 faizə qədər artacaq - Deputat AÇIQLADI
Maaş artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
Bu tarixdə maaşlar 12% artacaq - Deputat AÇIQLADI
Azərbaycanda bəzi səhiyyə xərcləri artırılacaq?
Bu sahədə çalışanların əmək haqları artırılacaq - Büdcəyə yenidən baxılacaq
Silah arsenalının yenilənməsinə yarım milyard manat ayrılıb
Maaşlar arta bilər?
Samir Şərifov Naxçıvanla bağlı açıqlama verdi
Nazir: “Xarici borcumuz beş milyard dollara qədər enə bilər”
Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşa bilər
MM-də hərbi büdcəyə etiraz edildi
Azərbaycanda bəzi dövlət qurumlarının borcları ləğv edilir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 