Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini hər zaman ölkəmizin bir nömrəli problemi hesab edib və həmişə də bu məsələni diqqətdə saxlayır. ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib. Deputat qeyd edib ki, Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan hərtərəfli, ciddi böhran içərisindədir: “Həm iqtisadi, həm də siyasi cəhətdən iflasa uğrayan Ermənistanda ciddi demoqrafik problemlər də yaranıb, sakinlər ölkədən qaçır”. E.Məmmədov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasını üstün tutur: “Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bizə həm tövsiyə, həm təkid edirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz görürük ki, bu məsələ 30 ilə yaxındır sülh yolu ilə həllini tapmır. Bu gün güclü Azərbaycan var, güclü ordumuz var və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezident də çıxışında bu məsələləri bir daha diqqətə çatdırdı”. Millət vəkili vurğulayıb ki, dövlət başçısı eyni zamanda məcburi köçkünlərlə bağlı məsələləri həmişə diqqətdə saxlayır: “Məcburi köçkünlərimizə olan diqqət göz qabağındadır. Yəni onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması və digər məsələlər həmişə cənab Prezidentin diqqət mərkəzində olub, bu gün də dövlət tərəfindən məcburi köçkünlərə diqqət və qayğı davam edir. 2019-cu ildə də sadalanan məsələlərin həllinə kifayət qədər vəsait ayrılıb”.
Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir



Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
"Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb"- İlham Əliyev
Prezident hökumətin iclasını keçirdi
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi
Deputat: "2018-ci il də iqtisadi uğurlarla yadda qalacaq"
Elman Məmmədov: "Ermənistanın axırı yaxşı olmayacaq"
İlham Əliyev: "Azərbaycan bu il yeni silahlar alacaq"
“Azərbaycana 3,5 milyard dollar sərmayə qoyulub”- Prezident
Prezident İlham Əliyev iclas keçirir - CANLI YAYIM
Qarabağla bağlı mitinq heç nəyi həll etmir - Deputat
İlham Əliyev: Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 