Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlinin rəsmi açılışı olub. ONN media xəbər verir ki, Nərimanov rayonunda ucaldılan abidənin açılışında Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, millət vəkilləri, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov və digər şəxslər iştirak ediblər. Heykəl Nərimanov rayonunda, Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur. Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub



Bakıda Milli Qəhrəmanın heykəli ucaldılır
Azərbaycanda yeni bir universitet açıldı
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edildi
Prezident Əmircanda məktəbin açılışında
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Prezident Administrasiyasında struktur dəyişiklikləri
Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Abdin Fərzəliyev Nərimanovdakı kadrını öz yanına gətirdi
Prezident Milix Yevdayevi təltif etdi
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirildi
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 