BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü və sərnişini nəqliyyat vasitəsini tərk edərək qaçıb. ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan RPŞ-yə təhvil verilib. Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib. Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
DYP-nin saxladığı maşının sürücüsü və sərnişini qaçdı



Azərbaycanda DƏHŞƏT- Yol polisinə hücum olundu
Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi
Gəncədə avtomobil qaçıran şəxs ələ keçdi
Mingəçevirdən qaçırılan avtomobil Ağdaşda saxlanıldı
Bakıda taksi qaçırıldı
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
Piyadanı vurub qaçan sürücü TUTULDU
Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı
Azərbaycanda ŞOK HADİSƏ: polis saxladığı şəxs özünü bıçaqladı və...
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 