Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında ictimai nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayonu ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan “Mersedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsinin sürücüsü Elbir Məhərrəmovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
E.Məhərrəmov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.



Narkotik çəkib, maşın sürən şəxs həbs edildi
Narkotik çəkib maşın sürən şəxs həbs edildi
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
Bərdədə müştərilərə qəlyan təklif edən şəxs həbs edildi
İçkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs edildi
Bakıda Priusla bu hərəkəti edən şəxs həbs edildi
Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 