Paytaxtın əsas magistrallarından olan Yusif Səfərov küçəsinin genişləndirilməsindən sonra Şah İsmayıl Xətainin abidəsi yolun ortasında qalıb. Görkəmli şəxsin abidəsi ziyarət etmək üçün əlçatmaz olub. Hətta bir müddət əvvəl sosial şəbəkə istifadəçiləri tarixi şəxsiyyətin abidəsinin yerinin dəyişdirilməsi, onu ziyarətçilər üçün daha rahat, əzəmətli və görünən yerdə qoyulması ilə bağlı müxtəlif müzakirələr açıb, bəzi mətbuat səhifələri buna silsilə yazılar həsr edib. ONN media bildirir ki, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayı Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır. Bunun üçün tanınmış ingiltərəli memar tərəfindən yeni layihə hazırlandığı qeyd olunur. Məlumata görə, heykəl hazırkı yerindən bir qədər aralıda, həmin küçədə yerləşən “Fontanlı” parkın (abidənin hazırkı yerindən qabaqda) ərazisinə köçürüləcək. Burada əzəmətli abidə kompleksi yaradılacaq. Şah İsmayıl Xətainin yeni abidəsi şah çadırında taxtda oturmuş şəkildə olacaq. Abidənin üzü əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Yer həm də abidə ziyarətçiləri üçün çox əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.
Xətainin heykəlinin yeri dəyişdirilir - FOTO



İlham Əliyev Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda
Tağıyevin abidəsində postamentdən niyə imtina edilib?
Şah İsmayıl Xətainin yadigarı olan məscidi ermənilər bərbad hala saldılar
Xətainin ana dilində yazdığı ƏLYAZMA TAPILDI: Sultan Süleymanın hücumu və... - FOTO
Paytaxtda yeni yol qovşağı yaradılır
Hacı Zeynalabdin Tağıyevin abidəsi bu tarixdə açılacaq
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum oldu
Təbrizə - CAVİD İSMAYIL (ŞEİR)
DİQQƏT- Yolun hərəkəti dəyişdirilir
Şəkidəki tarixi məbədi kim dağıtdı?
Çexiyada Putinin abidəsi ucaldıldı
Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 