Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət küçəsində qoyulan abidəsinin forması maraqla qarşılanıb.
ONN media xəbər verir ki, abidə xüsusi postamentin üzərində qoyulmayıb. Bu isə ənənəvi abidə anlayışından fərqlənir. Belə ki, ənənəvi abidə qoyulması üçün xüsusi yer ayrılmalı, postament qurulmalı, ətrafı abadlaşdırılmalıdır, bu da abidənin qoyulması üçün yer seçimini məhdudlaşdırır. Bakıda belə yerlər yetərli qədər deyil, xüsusilə şəhərin mərkəzində abidə üçün ayrıca guşənin ayrılması imkanları məhduddur. Nəticədə isə Azərbaycanın tarixi şəxsiyyətlərinin abidəsi məcburən ya mərkəzdən kənarda qoyulur, ya da onların abidəsinin qoyulması üçün yer ayrılması problemə çevrilir.
İlk dəfədir ki, Prezident sərəncamı ilə qoyulan heykəl dəbdəbədən uzaq olmaqla bərabər, həm də şəhərin ən gur yerinə yerləşdirilib. Bu abidə turistlərin də axın etdiyi yerdədir və təbii olaraq, Zeynalabdin Tağıyev şəxsiyyətinin təbliğatında önəmli rol oynayacaq. Bu abidə ilə foto çəkdirmək də olduqca münasibdir.
Bu yeni forma Bakının mərkəzi hissəsində, o cümlədən İçərişəhərdə tarixi şəxsiyyətlərin abidəsinin qoyulması imkanlarını da genişləndirir.
Bununla bağlı saytımıza danışan abidənin müəllifi, xalq rəssamı Xanlar Əhmədov da yeni formanın rəğbətlə qarşılandığını bildirib:
“Hacı Zeynalabdin Tağıyev xalqdan biri olub. Buna görə də onun abidəsi xalq arasında və tarixi bir yerdə əbədiləşdi. Xalqa qarışması məqsədi ilə postamentdən imtina edildi. Yerdə olması daha məqsədəuyğundur, əlçatandır və ziyarətçilərin də diqqətini çəkir”.
Qeyd edək ki, tunc və bürnc qarşığından hazırlanmış abidənin hündürlüyü 2,3 metrdir.



Hacı Zeynalabdin Tağıyevin abidəsi bu tarixdə açılacaq
Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM
İslamda insana belə abidə qoyulması qadağandır
Xətainin heykəlinin yeri dəyişdirilir - FOTO
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında
Hacı Zeynalabdin Tağıyevin evi təmir edildi - VİDEO
Bəhram Bağırzadə Prezidentlə görüşdən danışdı: “Çox şad oldum ki..."
Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO
Avakyanın abidəsi niyə 20 Yanvarda açıldı?
Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb
Qırmızı monastır məhv olma təhlükəsi ilə üz-üzə
Gürcüstanda azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir -YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 