Mühasirə şəraitində yaşamasına baxmayaraq, Naxçıvan yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Naxçıvan Muxtar Respublikasının inkişafı ölkə başçısının daim diqqət mərkəzindədir: “Heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanın generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Hazırda uzun illər üzərində işlənilən və İran İslam Respublikası ilə imzalanan anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Naxçıvan Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bütün bunlar ölkə başçısının Naxçıvana göstərdiyi diqqətin nəticəsidir. Azərbaycanda aparılan ümumi islahat ölkənin dörd bir tərəfini əhatə edir”. Millət vəkili bildirib ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb: “Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Həmçinin, bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. Ümumiyyətlə, muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslubda, lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün bunlardan bir daha aydın olur ki, Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib”.
Naxçıvanda görülən işlər göz önündədir – Millət vəkili



Prezidentdən Vasif Talıbova: Sərhəddə vəziyyət necədir?
Prezident Vasif Talıbovla görüşdü
Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi
İlham Əliyev: “Azərenerji” və “Azərişıq” çox böyük işlər görürlər”
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvana yeni baş nazir təyin olundu
Bu gün bütün gözlər Naxçıvandadır
Naxçıvanın 95 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Vasif Talıbov Zakari Qrosla görüşdü
Baş nazir vəzifəsindən azad edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 