Noyabrın 25-də Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Olaylar İnformasiya Agentliyinin qonağı olub. ONN media bildirir ki, görüşdə "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı -publisist Yunus Oğuz 1995-ci ildən fəaliyyət göstərən media qurumu haqqında məlumat verərək bildirib ki, agentlikdə gündəlik ölkə gündəmini və dünyanı əhatə edən xəbərlər yayımlanır: "Olaylar" İnformasiya Agentliyi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Agentlik fəaliyyət göstərdiyi illər ərzində və indi tam müstəqil mövqedən çıxış edib. Agentliyin Türkiyə, Orta Asiya və İranla informasiya mübadiləsi var." Daha sonra çıxış edən Yunus Oğuz bildirdi ki, müasir zamanda dünyanı söz və xəbər idarə edir: "Biz informasiya sahəsində nə qədər möhkəm dostluğa sahib olsaq, dövlətlər arasında da bağlar o qədər güclü olar. Hindistan dövlətinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu düşünürəm. Yaxşı olardı ki, gələcəkdə Mətbuat Şurası ilə birgə iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri, informasiya mübadilələri təşkil olunsun. Azərbaycanda yetərincə hind vətəndaşı yaşayır." Sonda səfir Bavitlunq Vanlalvavna qəbul üçün təşəkkür edərək bildirdi ki, Hindistan səfirliyinin Azərbaycandakı media qurumları, o cümlədən də "Olaylar" İnformasiya Agentliyi ilə yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Səfirlik və media qurumları arasında müxtəlif əməkdaşlıq perspektivlərinin mövcudluğunu qeyd edən səfir azərbaycanlı jurnalistlərin Hindistana səfərlərinin, onlar üçün müxtəlif təlim və seminarların təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb. Səfir bildirib ki, Azərbaycan və Hindistan arasında informasiya texnologiyaları, turizm və əczaçılılq sahələrində əməkdaşlıq üçün yaxşı potensial var, bu cür əməkdaşlıq iki ölkənin media qurumları arasında da yaradıla bilər.
"Bəzən səfirliyin təqdim etdiyi mətbuat buraxılışının yayımlanmasında sizin rəhbərlik etdiyiniz agentlik və əməkdaşlarınız bizə yaxından kömək edirlər. Buna görə sizə ayrıca təşəkkürümü bildirirəm. Səfirlik tərəfindən təqdim edilən xəbərlərdən əlavə biz Azərbaycanda və Hindistanda olan xəbər agentliklər arasında əməkdaşlıqda maraqlıyıq." Görüşün sonunda "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz özünün "Nadir şah" əsərini səfir Bavitlunq Vanlalvavna təqdim etdi. Səfir Bavitlunq Vanlalvavn Yunus Oğuza ölkəsini xatırladan xatirə hədiyyəsi təqdim etdi.Hindistanın ölkəmizdəki səfiri “Olaylar” İnformasiya Agentliyini ziyarət etdi



"Olaylar" 24 yaşını qeyd edir
"Olaylar" 25 yaşını qeyd edir
"Olaylar" 23 yaşında
Yunus Oğuz: “Tariximizə sahib çıxmalıyıq"
Rusiyada ermənipərəst informasiya agentliyi bağlandı
ONN İnformasiya Agentliyi fəaliyyətə başladı
Ermənilərin qırılma nöqtəsi hardan başlayır- YUNUS OĞUZ
"Olaylar" İnformasiya Agentliyinin əməkdaşı namizədliyini irəli sürdü
Yunus Oğuz: "Gələcəkdə Azərbaycanın kosmik gəmisinin olacağı təəccüb doğurmur"
"Olaylar"ın əməkdaşı Süleyman İsmayılbəyli "Əməkdar Jurnalist" adını aldı
“Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Yunus Oğuz Cümhuriyyət medalı ilə təltif olunub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 