"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" layihəsi çərçivəsində tədbirləri davam edir. Mayın 24-də İctimai Birliyin təşkilatçılığı ilə növbəti tədbir Bakı İdaretmə və Texnologiya Kollecində baş tutub. Təhsil müəssisəsinin müəllim və tələbə heyəti, tanınmış yazıçılar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Kollecin rəhbəri Faiq Şahbazov sözügedən mövzunun kifayət qədər aktual olduğunu deyib. Faiq Şahbazov bildirib ki, ümummilli lider Heydər Əliyevin bizlərə, müstəqil Azərbaycana aşıladığı, hər bir vətəndaşda formalaşdırdığı azərbaycançılıq ideologiyasına bağlılıq bu gün də var və Azərbaycan dövləti bu ideologiya ilə inkişaf edir, addımlayır. Təhsil müəssisəsinin rəhbəri qeyd edib ki, bu gün müharibə şəraitində yaşadığımız üçün daha çox vətənpərvər olmağa ehtiyacımız var.
Daha sonra çıxış edən ekspert Süleyman İsmayılbəyli "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyin həyata keçirdiyi layihə barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, 3 ay davam edəcək layihə çərçivəsində bir neçə tədbir və görüş keçirilib. Qarşıdakı müddətdə də anoloji tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bundan başqa layihə müddətində gənclərdə azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının daha geniş mənada təbliği istiqamətində maarifləndirici materiallar dərc olunacaq.
Kollecin kafedra müdiri Gülnar Əkbərova, təhsil müəssisəsinin müəlliməsi Rüxsarə Nəsibova isə belə görüşlərin əhəmiyyətindən danışmaqla yanaşı, yazıçı-publisist Yunus Oğuzun yaradıcılığından da söz açıblar. Bildirilib ki, Yunus Oğuzun əsərləri, qələmə aldığı tarixi romanlar öz axıcılığı, sadə və başadüşülən dili ilə daha çox oxunur. Natiqlər Yunus Oğuzu müasir tarixi romanlar qələmə alan qəhrəman kimi xarakterizə ediblər. Tədbirin gedişində təhsil müəssisəsinin şagirdlərinin azərbaycançılıq və hərbi vətənpərvərliyə həsr olunan şerləri dinlənilib.
Sonra çıxış edən yazıçı Elçin Hüseynbəyli vətənpərvərliyin hər zaman prioritet olduğunu söyləyib. O, qeyd edib ki, hər bir vətəndaş öz çalışdığı sahədə vətənpərvər olmalıdır. Elçin Hüseynbəyli qələmə alınan tarixi romanların gənclərin vətənpərvər ruhda böyüməsinə müsbət təsir göstərdiyini qeyd edib. Yazıçı hesab edir ki, günümüzdə tarixi romanların qələmə alınmasına böyük ehtiyac var.
Sonra çıxış edən yazıçı-publisist Yunus Oğuz yaradıcılığında ən çox üstünlük verdiyi mövzular və istiqamətlərdən danışıb. Təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşdən məmnunluğunu ifadə edən yazıçı əmin olduğunu bildirib ki, sözügedən təhsil müəssisəsindən də cəmiyyətin tanınmış simaları çıxacaq. Azərbaycançılıq ideologiyasına toxunan Yunus Oğuz bildirib ki, bu ideologiyanın təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun sözlərinə görə, Heydər Əliyev "Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir" dedikdə həm də müstəqil Azərbaycanı hədəf seçən xarici güclərə mesaj verirdi ki, yerinizdə oturun, Azərbaycanın daxili işlərinə qarışmayın.
Çıxışlardan sonra kollecin tələbələri yazıçı-publisist Yunus Oğuza müxtəlif mövzularda suallar veriblər. Sonda yazıçı müəllifi olduğu kitabları kollecin müəllim və tələbələrinə hədiyyə edib. Sonra söhbət çay süfrəsi ətrafında davam edib. Olaylar



Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birlik növbəti tədbirini keçirib
Gənclər azərbaycançılıq və vətənpərvərlik mövzularında kifayət qədər maarifləndirilir
“Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihəyə start verildi
Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq
Azərbaycan gənci vətənpərvərdir
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib - FOTOLAR
İlham Əliyev sərəncam imzaladı
"TAM"-ın təbliğatı uğurla başa çatdı
Vətənpərvər gəncin yetişdirilməsində maarifləndirmənin rolu danılmazdır
KİVDF 19 qəzetə maliyyə ayırdı - SİYAHI
Gənclərin vətənpərvərlik ruhu artıb
Gənclərin vətənpərvər ruhda böyüməsi üçün üzərimizə düşən vəzifələr
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 