"Əsas məqsəd aparıcı mətbuatın inkişafına dəstək olmaqdı"
Fevralın 14 - də Beynəlxalq Mətbuat Mərkəzində ONN İnformasiya Agentliyi media nümayəndələri üçün brifinq keçirdi. Olaylar.az bildirir ki, brifinqdə media nümayəndələri, redaktor və baş redaktorlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamil Məhərrəmoğlu müstəqil Azərbaycanımızda insanların dolğun məlumatlar yayımlayan, qərəzdən uzaq xəbər və yazılar təqdim edən İnformasiya Agentliyinə böyük ehtiyac olduğunu bildirdi. "Ölkəmizdə və
dünyada baş verən siyasi, ictimai hadisələr hər kəsin diqqət mərkəzindədi. Bütün baş verən hadisələri gecikdirmədən, anında oxuculara təqdim etmək heç də asan iş deyil. ONN İnformasiya Agentliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri milli -mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliğində əlindən gələni əsirgəməməkdi".
Kamil Məhərrəmoğlu ONN İnformasiya Agentliyinin rəhbəri Bilman Allahverdiyev haqqında tədbir iştirakçılarına məlumat verdi. Bilman Allahverdiyev "7 gün", "525 -ci qəzet", "168 saat", "Kriminal", "Azad Azərbaycan""Panaroma" qəzetlərində fəaliyyət göstərib, 2005-ci ildən "Milli Birlik" qəzetinin Baş redaktoru və Günaz.az" saytının rəhbəri olub.
Daha sonra tədbirdə ONN İnformasiya Agentliyinin fəaliyyətini əks etdirən slayd nümayiş olundu.
Tədbirdə çıxış edən saytın baş redaktoru Bilman Allahverdiyev bildirdi ki, ONN İnformasiya Agentliyinin yaranmasında əsas məqsəd aparıcı mətbuatın inkişafına dəstək olmaq və insanları doğru informasiya ilə məlumatlandırmaqdı: "Fəaliyyət göstərdiyimiz qısa zaman ərzində biz Azərbaycan həqiqətlərini diasporalar vasitəsilə dünyaya çatdırmağa çalışırıq.
Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi media sahəsində də böyük uğurlar əldə etdik. Məqsədimiz bu uğurları qorumaqdı.
Agentlik Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir".
Bilman Allahverdiyev qeyd etdi ki, agentliyin fəaliyyətinin əsas ana xətti demokratiyanın inkişafına töhfə vermək, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdən ibarətdir.
Daha sonra təqdbirdə iştirak edən media nümayəndələri yeni internet portalının fəaliyyətinə uğurlar arzuladılar.
Qeyd edək ki, portalda "Unutmayaq, unutdurmayaraq" yeni rubrikasını açmaqla dəyərlərimizi xatırlatmağa, unutdurmamağa, gənc, istedadlı, yaradıcı şair, yazıçı, elm adamlarını oxuculara tanıtdırmağa, el adətləri, folklorumuzun təbliğinə və s. geniş yer verməyi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
ONN Agentliyinin fəaliyyəti haqda geniş videonu təqdim edirik:
http://www.youtube.com/watch?v=vXJhVeozW-4&feature=youtu.be
Nigar Adil



Böyük media ailəsinə yeni üzv gəlir
"Olaylar" 24 yaşını qeyd edir
"Olaylar" 25 yaşını qeyd edir
"Olaylar" 23 yaşında
Hindistanın ölkəmizdəki səfiri “Olaylar” İnformasiya Agentliyini ziyarət etdi
Əli Həsənov Anadolu Agentliyini təbrik etdi
İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub
Rusiyada ermənipərəst informasiya agentliyi bağlandı
Düşmən təxribatının yeni dalğası
Bu qurum "Asan Xidmət" dən alındı
Prezident jurnalistlərlə bağlı SƏRƏNCAM verdi
“ASAN müraciət” informasiya sistemi yaradılacaq - SƏRƏNCAM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 