Bu gün Lənkəranda Dövlət Gömrük Komitəsinin aparıcı media nümayəndəkəri üçün təşkil etdiyi təlimə start verilib. ONN media xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov sayca 4-cü dəfə təşkil olunan "Gömrük Sistemində aparılan islahatlar: nəticələr, perapektivlər" mövzuzunda təlimin uğurlu olacağını qeyd edib: "Əgər iki il əvvəl gömrük keçid məntəqələrində gömrükkeçid prosesindəki müxtəlif maneələrdən danışırdıqsa, bu gün “blockchain” texnologiyaları, mobil texnologiyaların tətbiqi və gələcək planlarımızdan danışırıq. Bu gün islahatlar prosesində medianın dəstəyinə güvənirik". Daha sonra çıxış edən Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov Azərbaycan ilə Belarus arasında gömrük sahəsində informasiya mübadiləsi aparılacağını söyləyib: "Hazırda Belarusla bununla bağlı saziş imzalanıb və informasiya mübadiləsinin həyata keçirilməsi üzrə hazırlıq işləri aparılır". Komitə rəsmisi həmçinin onu da qeyd edib ki, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən sürətli keçidi üzrə 3 yeni elektron xidmətin tətbiqinə başlanılacaq: “Elektron xidmətlərdən biri "elektron növbə" sistemidir. Bu sistem vasitəsilə elektron şəkildə qeydiyyatdan keçmiş şəxs və nəqliyyat vasitəsi növbəsi müəyyən olunmuş vaxtda qapılara yaxınlaşır və növbəsiz gömrük buraxılış məntəqəsinin ərazisinə daxil olur. Amma məntəqə daxilində növbə varsa o növbəni gözləmək lazımdır. Bu sistem yaxın günlərdə istifadəyə veriləcək. İkinci elektron xidmət "sürətli keçid" sistemidir. Bu sistem vasitəsilə pasport qeydiyyatı da daxil olmaqla bütün xidmətlər növbəsiz göstəriləcək. Bir sözlə, şəxslər və nəqliyyat vasitələri gömrük keçid məntəqəsini tərk edənə qədər gömrük prosedurlarından və sərhəd xidmətlərindən növbəsiz keçir. Bu sistem ödənişli olacaq, amma hələ məbləğ müəyyən edilməyib. Digər elektron xidmət isə "CIP keçid"dir. Bu da ödənişli olacaq və gələcəkdə tətbiq ediləcək. Hələlik xarici ölkələrin təcrübəsi öyrənilir. Bundan sonra isə bu xidmətə görə xidmət haqqının məbləği müəyyən ediləcək. CIP xidmətindən yararlananlar istənilən vaxt növbə gözləmədən gömrük buraxılış məntəqələrinə daxil olaraq VIP xidmətlərdən yararlanacaqlar”, - deyə o bildirib.
Medianın dəstəyinə güvənirik – Gömrük Komitəsi



Gömrük Komitəsinin daha bir işçisi vəzifədən kənarlaşdırıldı
DGK əməkdaşlarına yeni rütbələr verilib
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
Azərbaycanda general işdən çıxarıldı
Baş Gömrük İdarəsi ilə bağlı iddialara - Cavab
İlham Əliyevdən yeni təyinatlar
DTX-nın əməliyyat keçirdiyi rəis kimdir?
DTX-nın saxladığı şəxs nazirin qohumu çıxdı
Gömrük əməkdaşları həbs edilib? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda vəzifəli şəxs intihar etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 