Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.
O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".



Daha iki uşaq ehtiyatsızlığın qurbanı oldu
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA-dan açıqlama
Daha iki tələbə zəhərləndi
Azərbaycanda daha iki nəfər dönərdən zəhərləndi
Şamaxıda kütləvi zəhərlənmə baş verib
Azərbaycanda 15 yaşlı qızı ərə verdilər - İŞƏ POLİS QARIŞDI
“Şahənşah” restoranından yayılan məlumatlara CAVAB
İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində
Ucar sakinləri yolu bağlamağa cəhd etdilər- SƏBƏB NƏDİR?
Göyçayda bədbəxt hadisə- Ölən var
Kütləvi zəhərlənmənin səbəbi AÇIQLANDI
Bərdədə 5 nəfər qidadan zəhərləndi?- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 