Bir müddət öncə hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın çəkildiyi “Sevgi romanı” filminin tanıtım çarxı ilə yanaşı, qalmaqallı posteri sosial mediaya yayılaraq müzakirə predmetinə çevrildi. “Poster”də əks olunan Oksana ilə tərəf müqabili aktyor Şəhriyar Əbilov tənqid atəşinə tutulub. ONN media oxu.az -a istinadən bu məsələ ilə bağlı münasibətini təqdim edir. Tədbirlərin birinə dəvət alan aktrisa ehtiraslı paylaşımla bağlı məsələyə aydınlıq gətirib: “Paylaşılan foto filmin posteri deyil. Həmin kadr mənim tərəf müqabilim aktyor Şəhriyar Əbilovla oynadığımız tanqo rəqsindəndir. Rəqsimizin sonunda onunla üz-üzə dayanıb belə bir ehtiraslı poza vermişik. Yazdılar ki, mən Şəhriyarla öpüşmüşəm. Həmin fotoya diqqətlə baxsalar, orada öpüşün olmadığını görərlər. O rəqs necə olacaq və o rəqsdən sonra nələr olacaq? – bunu filmimiz çıxanda biləcəksiniz. Açıq-saçıq səhnə yoxdur, amma ehtiraslı səhnələr var. Açıq-saçıq səhnələrdən mən ümumiyyətlə uzağam. Sevgiyə aid hansı səhnə istəyirsinizsə, bu filmdə yer alıb”. Oksana tezliklə premyerası olacaq filminə izləyicilər tərəfindən gələcək irad və tənqidlərə hazır olduğunu bildirib: “Hər hansı film çıxdıqda, açıq-saçıq səhnə tamaşaçılar tərəfindən tənqid olunur. Bu normaldır və olmalıdır”. “Mələyin öpüşü”nü hind filmlərinin “remake”i (red:təkrar) adlandırdılar. “Sevgi romanı”nı da bu aqibət gözləyir?” sualına cazibədar aktrisa bu cür reaksiya verdi: “Hər zaman insanlar nəyisə nəyəsə bənzədirlər. Amma “Sevgi romanı” filmi türksayağı romantik bir melodramdır. Film həvəskarları ekran əsərini izlədikdə həyatda tez-tez rast gəldikləri sevgi, xəyanət, satqınlıq kimi məqamların şahidi olacaqlar. Dekabrın 12-dən etibarən tamaşaçıların intizarına son qoyulacaq. Çünki bu tarixdə “Sevgi romanı”nın premyerası keçiriləcək”. Filmin büdcəsinə gəldikdə isə Oksana qəti fikir söyləmədi: “Hesab edirəm ki, çəkdiyimiz film bizə həm uğur gətirəcək, həm də pul qazandıracaq. Sadəcə onu deyə bilərəm ki, filmə 100 mindən çox pul xərcləmişəm”. https://www.youtube.com/watch?v=Noq2-BaVVok&feature=emb_title
Oksana - 100 minlik “Sevgi romanı”nda açıq-saçıqlıq yoxdur, amma...



Şəhriyardan gözlənilməz etiraf: Oksananın övladının atasıyam
Oksana özünü belə arıqlatdı
Oksana: "Onu evdə qoyduğum üçün vicdan əzabı çəkirəm"
“Həyat yoldaşım iş adamıdır, Şəhriyarı da tanıyır” demişdi... - Video
Oksana da “Xəzər”ə gəldi
Şəhriyardan yeni ETİRAF: Qadın ilə kişi arasındakı...
Oksana ilk dəfə oğlu ilə foto paylaşdı - FOTOLAR
Kerem Bursin Hander Erçellə sevgili olmasından danışdı
"Erotik səhnəyə çəkilərəm, amma..." - Oksana
Daha bir serial eşqi gerçək oldu
Natavan Həbibi Oksananı belə təbrik etdi
Məşhur rəqqasə tanınmaz halda
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 