Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Milli Azərbaycan Tarixi Muzeyi mühüm mədəni-maarif və elmi tədqiqat mərkəzi kimi yarandığı vaxtdan etibarən uğurlu inkişaf yolu keçmişdir. Respublikanın bu ilk ən böyük muzeyinin Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədərki tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələrinin toplanılması, qorunması, nəşri, ekspozisiya və sərgilərdə nümayişi sahəsində diqqətəlayiq xidmətləri vardır. Bakının memarlıq baxımından qiymətli tikililərindən sayılan binada yerləşmiş Muzeyin tarixi-mədəni irsimizin misilsiz yadigarlarının mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç yüz mindən artıq eksponat saxlanılır. Muzey əməkdaşları tarix, muzeyşünaslıq və numizmatika istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı tədqiq etmişlər. Muzey çoxşaxəli fəaliyyətini bu gün də tarix elminin yeni nailiyyətləri və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunmuş prinsipləri zəminində müvəffəqiyyətlə davam etdirir. Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək



Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI
İlham Əliyev "Qarabağ xanlığının irsi" sərgisi ilə tanış olub
Prezident bu nazirliyin adını dəyişdi
Azərbaycanda Tarix-mədəniyyət qoruqları yaradıldı — SƏRƏNCAM
İlham Əliyevdən SƏRƏNCAM
Bu üç qrum AMEA-dan alındı
İlham Əliyev sərəncam imzaladı
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda daha bir institut ləğv olundu
ADPU-nun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
İtaliyan nəşri Bakıdan yazdı: Ən heyrətamiz istiqamət...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 