Xırdalan şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq üçün işlər davam etdirilir:
“Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ərazidə yeni inşa edilən çoxsaylı sosial infrastrukturların, o cümlədən, əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə yeni güc mənbələrinin inşa edilməsi, istismar müddəti keçmiş transformator məntəqələrinin, komplekt transformator məntəqələrinin, elektrik verilişi xətlərinin və digər elektrik qurğularının yenisi ilə əvəz olunması istiqamətində “Azərişıq” ASC tərəfindən işlər həyata keçirilir.
“Azərenerji” ASC tərəfindən yeni inşa edilən 110 kV-luq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kV-luq yarımstansiyası inşa edilərək şəbəkəyə qoşulub. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kV-luq kabel xətlərinin yeni 35 kV-luq yarımstansiyaya köçürülməsi işləri davam etdirilməkdədir.
Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün “Azərişıq” ASC tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilir”.
Qeyd olunan yaşayış məntəqələrində 35;10;6 və 0.4 kV-luq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır.



Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
17 kəndin işıq probleminə son qoyulur
Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı
Bakının bu ərazisində işıq yoxdur - Açıqlama
“Azərişıq” elektriklə bağlı ZƏMANƏT VERDİ
Kəlbəcərdəki hərbi hissələrə elektrik verildi
Elektrik xəttində qəza baş verib
Suqovuşan qəsəbəsi elektrik enerjisi ilə tam təmin edilir
"Azərişıq" hazırlıq tədbirlərinə başladı
DİQQƏT - Sabah bu ərazidə işıq olmayacaq
Yasamalda elektrik enerjisinin təchizatı dayandırılacaq
Azərbaycanın bu kəndinə 24 il sonra elektrik verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 