“İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Ağsu Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir”.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
V.Aydınoğlunun sözlərinə görə, Ağsu rayonu Ağabəyli kəndi ərazisində 35/10 kV-luq yeni y/st-nın inşasına başlanılıb:
“Yarımstansiyanı qidalandıracaq 15 km uzunluğunda xəttin inşası tamamlanıb. Bununla da 17 kənddə 3 min abonentin enerji təchizatı tamamilə yaxşılaşcaq. Ümumiyyətlə şəbəkə ərazisində son 6 ay ərzində 10 kənddə elektrik enerji təchizatı tamamilə yenilənib. Son 6 ayı ərzində 698 sayğac yenisi ilə əvəz olunub, 81 abonentə yeni sayğac quraşdırılıb. Yeni inşa edilmiş 110/35/10 kV-luq Ağsu y/st-da son tamamlama işləri aparılıb. Ağsu yarımstansiyası şəhərin mərkəzini və 65 kəndini, o cümlədən 11 min 300 abonenti fasiləsiz elektrik enerjisi təchiz edir. Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur. Elektrik enerjisi təsərrüfatı 60-cı illərdə qurulmuş əksər yaşayış məntəqəsində uzun müddətdir istismar səbəbində bir çox problemlər yaşanırdı.
Elektrik enerji təhcizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır. 445 abonenti olan kənddə indi sakinlər fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunub. Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq “Pirkəkə” y/s-da əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, 3 min abonenti elektrik enerjisi ilə təmin edir. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kV-luq TM və KTM şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib. Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib”-deyə “Azərişıq” sözçüsü əlavə edib.



İşıqla bağlı əhaliyə müraciət
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Bu bölgələrdə işıq probleminin aradan qaldırılması işlərinə başlanılıb
Kəlbəcərdəki hərbi hissələrə elektrik verildi
Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
Abbas Quliyev yüksək vəzifəyə təyin edildi - 11 şəhər və rayona
Elektrik xəttində qəza baş verib
Sumqayıtda yaşayış evlərinin işıqları niyə kəsildi? - SƏBƏB
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Prezident və birinci xanım açılışda
Kəlbəcərin küçələri işıqlandırıldı - Video
Azərbaycanın bu kəndinə 24 il sonra elektrik verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 