Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər. Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Prezidentdən Əlibaba Məmmədovla bağlı SƏRƏNCAM



Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Mehriban Əliyeva Əlibaba Məmmədovun evində
Əlibaba Məmmədov I Fəxri Xiyabanda dəfn olunacaq
Əlibaba Məmmədovun ailəsində faciə: ağır itki üz verdi
Prezident Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident Rauf Hacıyevlə bağlı SƏRƏNCAM İMZALADI
Mehriban Əliyeva Əlibaba Məmmədovun evində qonaq oldu
Qeyri-adi səs sahibi çoban - "Bilməzdim belə məşhurlaşacam" - VİDEO
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
Xalq artisti Əlibaba Məmmədova AĞIR İTKİ
İlham Əliyev sərəncam imzaladı
Prezident sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 