ONN media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəstxətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən "Uzaq sahillərdə", "Arşın mal alan", "Yeddi oğul istərəm" və "Dədə Qorqud" filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir.



Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
Tofiq Tağızadənin Yaradıcılıq otağının açılışı olacaq
İlham Əliyev sərəncam imzaladı
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək
Tofiq Tağızadə
İsmayıl Şıxlının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək - Sərəncam
İlham Əliyev sərəncam imzaladı
Həsən Turabovun 80 illik yubileyi keçiriləcək
Prezident Rauf Hacıyevlə bağlı SƏRƏNCAM İMZALADI
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Azərbaycanın xalq artisti vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 