Xəstəlik zamanı insan yüksək hərarətdən əziyyət çəkir. İstənilən temperatur dəyişikliyi orqanizmdə hansısa iltihabi prosesin başlandığından xəbər verir. Mütəxəssislər bildirirlər ki, ümumiyyətlə, normal bədən temperaturu 36,6 dərəcə hesab olunur. Gün ərzində aktiv hərəkət hərarətin həmin normadan bir qədər kənara çıxmasına səbəb ola bilər, lakin bəzi hallarda bədən hərarətinin daim normadan aşağı və yuxarı olan insanlar da var. Onların bir çoxu bədən hərarətinin fərqli olmasından təşvişə düşür. ONN media xəbər verir ki, həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, əgər müayinə zamanı heç bir xəstəlik aşkar olunmayıbsa, narahatlığa əsas yoxdur: "Bəzən temperaturun aşağı olması, bəzən 37 dərəcəyə qədər olması müşahidə edilir. Əgər heç bir şikayət yoxdursa, qanın ümumi analizində heç bir dəyişiklik baş verməyibsə, mərkəzi sinir sistemində patoloji hal yoxdursa, bu, orqanizmin fizioloji halı kimi dəyərləndirilə bilər". Onun dediyinə görə, istənilən halda tibbi müayinə vacibdir, çünki bəzi hallarda temperaturun normadan fərqli olması bir çox xəstəliklərdən xəbər verə bilər: "Xəstə virus infeksiyası keçiribsə, öskürək varsa, bədən temperaturu 35,6, 36,0, 36,2-dən yuxarı qalxmır və bakterial infeksiya göstəriciləri yüksəkdirsə, bu, artıq orqanizmin mübarizə apara bilməməsi deməkdir. Temperaturun patoloji olaraq 37,0 və 37,5 dərəcə olması hər hansı xroniki infeksion və ya autoimmun xəstəliyin göstəricisi ola bilər". Bədən hərarəti ağız boşluğu, qoltuqaltı və düz bağırsaqda ölçülə bilər və bu zaman göstəricilərdə 1 dərəcə fərq olur. Həkim-terapevt onu da qeyd edib ki, sağlam insan bədənində ən yüksək temperatur saat 18-dən sonra, ən minimum temperatur isə gecə saat 3-də olur. Həkim qeyd edib ki, hər kəsin öz normal bədən hərarətini bilməsi çox vacibdir. Hərarəti günorta saatlarında qida qəbulundan bir müddət keçəndən sonra sakit vəziyyətdə ölçmək lazımdır.
Temperatur yüksəlibsə...



Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan əsla istifadə etməyin!
Bədənin hərarətini necə aşağı salaq?
Koronavirusu gizlədən simptom nədir?
Qrip zamanı qızdırmanı aşağı salmaq sağalmaya mane olur
Daim susuzluq hissi 5 xəstəliyin əlaməti ola bilər
Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK
Koronavirus peyvəndinin təhlükəli nəticələri - AÇIQLANDI
Arıq və qısaboy çağırışçıların NƏZƏRİNƏ
Bu ay temperatur normadan yüksək olacaq - Tağıyeva
Axşam yüksələn temperatur hansı xəstəlikdən xəbər verir?
Temperatur normadan yüksəkdir - SOS
Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 