Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edərkən deyib. İlham Əliyev BP ilə əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu bildirib: “Mən dəfələrlə ictimai qaydada bu barədə açıqlamalar vermişəm. Çox şadam və fəxr edirəm ki, bu 25 illik tərəfdaşlıq eyni məqsədi olan və bu məqsədlərə çatmaq üçün səmərəli addımlar atmış dostların tərəfdaşlığı olub. Bu, çox vacibdir. Bəzən məqsədlər müəyyənləşdirilir, lakin onlara necə çatmaq aydın olmur. Bizim nümunəmizdə 1990-cı illərin əvvəllərinin çox çətin geosiyasi vəziyyətində birlikdə tarixi layihələri həyata keçirə bildik. Bakı-Tiflis-Ceyhan neft kəməri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun inkişafı, Bakı-Tiflis-Ərzurum qaz kəməri və bu yaxınlarda tamamlanan TANAP. Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Bütün bu illər ərzində biz həqiqətən də tərəfdaşlar kimi çalışdıq, bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik. Düşünürəm ki, bu, dünyada nadir bir təcrübədir. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. Mən TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakımdan şadam. İndi tamamlanmasına yaxın olduğumuz TAP-ın üzərində işləməyimiz lazımdır, - 90 faizi artıq tamamlanıb, - həmçinin BP-nin digər layihələri. Çünki bizim əməkdaşlığımız davam edəcək. “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinin 2050-ci ilə qədər uzadılmasından sonra biz əlavə olaraq aktiv 30 il və daha çox əməkdaşlıq edəcəyik. Beləliklə, bu, indikindən daha da strateji olacaq".
Bu, dünyada nadir təcrübədir – İlham Əliyev



BP-nin icraçı direktoru: Rövnəq və Elşadla işləmək...- YENİLƏNİB
"Biz məqsədimizə çatmışıq"- Prezident
Ərdoğan Xəzər qazının Avropa üçün əhəmiyyətindən danışdı
İlham Əliyev Davosda görüşlər keçirir
“Daşnaksütyun bizi BTC-də, Köçəryan isə BTQ-də aldatdı”
İlham Əliyev: Bu layihə daha böyük anlaşmaya yol açacaq
Prezident Azərbaycanın layihələrindən danışdı
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi
Bu layihə iki qardaş ölkənin iradəsidir- Prezident
Prezident: Bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir
Prezident:"Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq"
“Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var - Prezident
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 