Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş naziri Aleksey Qonçaruk arasında görüş keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan rəsmi səfərinə toxunan A.Qonçaruk bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq. Bu gün Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayan Baş nazir iqtisadi əlaqələrin daha da artacağına inamını ifadə edib. Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Baş nazirin müavini Ə.Əhmədov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq davam edir. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur. Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.
Zelenski Azərbaycana gələcək



Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Ukraynanın yeni baş nazirinin adı açıqlandı
Əli Əsədov Ukrayna Baş naziri ilə danışdı
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Zelenski Türkiyəyə gedir
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Malayziya rəsmisi Azərbaycana gələcək
Əli Əsədov Özkaya ilə görüşdü
Azərbaycan və Türkiyə XİN-ləri arasında görüş
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 