Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. XİN-dən ONN media -ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə Respublikası tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər. R.Həsənov iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluğunu ifadə edib. S.Önal Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib. Bu xüsusda, tərəflər münasibətlərin inkişafında diplomatik nümayəndəliklərin fəaliyyətini xüsusilə qeyd ediblər. Eyni zamanda tərəflər iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunaraq müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə diqqət çəkiblər. Habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstəyin əhəmiyyətinə vurğu edilib. R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verib, Türkiyənin münaqişənin ədalətli həlli istiqamətindəki mövqeyinə görə minnətdarlıq ifadə edib. Görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Türkiyə XİN-ləri arasında görüş



Azərbaycan və Rusiya XİN rəsmiləri görüşdü
İran və Türkiyə arasında məsləhətləşmə keçiriləcək
XİN rəsmiləri üçtərəfli görüş keçirdi
XİN rəsmi məlumat yaydı
Azərbaycan və Serbiya arasında bir neçə sənədlər imzalandı
Çavuşoğlunun müavini Azərbaycana gəldi
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
XİN rəsmi məlumat yaydı
Xələf Xələfov Kristina Marti Lanqla telefonla danışdı
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Azərbaycan XİN rəsmi məlumat yaydı
Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmə oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 