Rusiya prezidenti Vladimir Putin 1895 yerli və xarici jurnalistin iştirak etdiyi ənənəvi mətbuat konfransını keçirib. ONN media xəbər verir ki, Putin iqtisadiyyatdan daxili siyasətə, beynəlxalq məsələlərdən sosial problemlərə qədər bir çox mövzuda verilən sualları cavablandırıb. İqlim dəyişikliyi “BMT-nin hesabatına görə, atmosferə ən çox zərərli qaz buraxan ölkələrin başında ABŞ gəlir. Onu Çin və Aİ izləyir. Rusiya isə 4-cü sırada yer alır. Kimsə iqlim dəyişikliyinin səbəblərini tam olaraq bilmir. İnsanlığın iqlim üzərindəki təsirini tam olaraq hesablamaq mümkün deyil. Təbii ki, bu, iqlim dəyişikliyi ilə mübarizədə heç bir şey edilməyəcəyi anlamına gəlmir. Rusiya iqlimin ani biçimdə dəyişməməsi üçün əlindən gələni ortaya qoymalıdır”. "NEW START" (Strateji Silahların Azaldılması Yeni Sözləşməsi) müqaviləsi “ABŞ ilə yeni bir silahlara nəzarət müqaviləsi imzalamağa hazırıq. ABŞ razılaşma mövzusunda Rusiyanın təkliflərinə cavab verməyib. Bir razılaşma olmazsa, heç bir şey silahlanma yarışını dayandıra bilməz və qlobal təhlükəsizlik sarsılar. Razılaşma yenilənməsə, 2021-ci ildə başa çatacaq”. İmpiçment “Trampın vəzifəsindən kənarlaşdırılması uzaq ehtimaldır. Qərarın Senatdan keçməyəcəyini düşünürəm. Demokratların Trampa qarşı qaldırdığı iddialar isə uydurmadır”.
Putindən qorxudan sözlər: "DÜNYA SARSILACAQ"



Xəstəliklərin sayı niyə artır?- Nazir açıqladı
Şuşada daha bir mühüm tədbir keçiriləcək
İqlim dəyişikliyi kimlərə təsir edəcək?
Putindən Çin açıqlaması
ABŞ rəsmən geri çəkildi
Bakı daha bir tədbirə ev sahibliyi edəcək
Putin nüvə raketlərinin sınağına start verdi
Kerri Moskvada görüşlərə başladı: “Buzlar” əriyir?
İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
Putindən ŞOK GEDİŞ: Bu müqavilədən imtina etdi
Vladimir Putin: "Çətin vəziyyətdəyik”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 