Rusiya Prezidenti Vladimir Putin Açıq Səma müqaviləsinin denonsasiya (fr. denorcer - ləğv etmək) edilməsi haqqında qanunu imzalayıb.
ONN media xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-informasiya portalında yayımlanıb.
Açıq Səma Müqaviləsi "soyuq müharibədən" sonra Avropada etimad yaratma tədbirlərindən biri olub. Müqavilə 24 mart 1992-ci ildə Helsinki şəhərində imzalanıb, 26 may 2001-ci ildə Rusiya tərəfindən təsdiq edilib.
2020-ci ilin sonunda 33 dövlət bu müqavilənin tərəfdaşı olub. 2020-ci ilin mayında ABŞ 22 noyabrda sona çatan razılaşmadan çıxmaq proseduruna başlayıb. Bu qərara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 15 yanvar tarixində müqavilədən çıxmaq üçün daxili prosedurlara başladığını açıqlayıb. Putin Dövlət Dumasına müqaviləni denonsasiya edilməsi barədə qanun layihəsi təqdim edib.
Qeyd edək ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında güvən və təhlükəsizliyin artırılmasına dair tədbir olaraq, 1992-ci ildə imzalanan Açıq Səma müqaviləsi tərəfdaşları arasında Türkiyə də var.



Rusiyadan Trampa REAKSİYA: Rədd edirik!
Putin Xəzərlə bağlı sənədi Dövlət Dumasına təqdim etdi
SON DƏQİQƏ: Putin bu ölkələrlə bağlı kritik FƏRMAN İMZALADI
Putindən Qarabağla bağlı DAHA BİR FƏRMAN
Paşinyan Putindən ümidini üzmür - BU DƏFƏ...
Kremldən Ankaraya jest
Putindən yeni qərar: Vətəndaşlıq almaq asanlaşır
Putin İrəvanla bağlanan bu protokolu təsdiq etdi
Putinə YENİ ŞƏRT: Rusiya hərbi baza qurmaq istəyir, hökumət isə...
Putin Paşinyanla 6 saziş imzalandı - Siyahı
Lavrov: "Biz bunu etməliyik"
Putindən qazın rublla satışı ilə bağlı fərman
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 