Bu günlərdə Rusiyanın Dərbənd vilayəti ilə Azərbaycanın Quba rayonunu birləşdirən Samur çayı üzərindən keçən avtomobil körpüsünün açılış mərasiminin keçirilməsi və körpünün istifadəyə verilməsi hər iki ölkədə mühüm hadisə kimi qiymətləndirildi. Xüsusilə, bu Azərbaycanın ehtiyatlarına daha yaxın olmaq üçün Rusiya subyektlərinin Xəzər bölgələri arasında mübarizəsinin yeni mərhələsi kimi də xarakterizə edildi. Körpünün açılış mərasimində iştirak edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin sözlərinə görə, avtomobil körpüsü "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Sözügedən dəhlizin inkişaf etdirilməsi isə on milyardlarla dollar gəlir vəd edir.
Qeyd edək ki, körpünün açılışından sonra Dağıstanın rəhbəri Vladimir Vasilyevin əlində demək olar ki, "Xəzər kartları" az qaldı. Yalnız sərnişinlər üçün sadələşdirilmiş gömrük prosedurları olan Bakı-Dərbənd-Mahaçqala sürət qatarı (sentyabr ayında elan olunub) və Bakı ilə Mahaçqala arasında birbaşa reysdən başqa (bu reysin açılışı ilə bağlı danışıqlar 2016-cı ildən bəri davam edir).
Rusiya mediasının qənaətinə görə, Həştərxan vilayətinin rəhbərliyinin aldığı üstünlüklərlə müqayisədə bunlar sadəcə xırda şeylərdir. Keçmiş çekist İqor Babuşkin, altı aydan az bir müddətdə qubernator kimi fəaliyyət göstərsə də artıq Bakıya rəsmi səfər edib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Həmçinin Kütüm stansiyasının bazasında Azərbaycan logistika mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb. Bu vasitə ilə Xəzəryanı ölkələrdən Rusiyaya və daha sonra MDB ölkələrinə mal axını həyata keçiriləcək. Xatırladaq ki, artıq Bakıda Həştərxan ticarət mərkəzinin inşasına da başlanılıb. Bu mərkəz Azərbaycanda fəaliyyət göstərəcək ən böyük ticarət mərkəzlərindən hesab edilir. Azərbaycanla Həştərxan arasında qarşılıqlı olaraq gəmi inşası, heyvandarlıq, turizm sahəsində ikitərəfli layihələrin həyata keçirilməsinin də anonsları verilib.
Ümumiyyətlə, Babuşkinə rəsmi Bakı ilə danışıqlar aparmaq üçün Azərbaycan Hökuməti tərəfindən açıqca imkanlar yaradılıb . Məsələn, Dağıstan Bakı ilə hava əlaqəsinin açılması barədə danışıqlar aparsa da, artıq uzun müddətdir ki, bu Həştərxanda işə salınıb və Babuşkin indi qarşılıqlı uçuşların həftədə üç dəfəyə çatdırılmasını xahiş edir.
Dağıstanın hətta bu kimi cüzi nailiyyətləri fonunda daha bir xəzəryanı regionun - başçısı Batu Xasikov olan Kalmıkiyanın nailiyyətləri olduqca kiçik görünür. Burada hətta Laqan limanının tikintisinə belə başlaya bilmirlər ("Şimal-Cənub" dəhlizi layihəsi çərçivəsində nəzərdə tutulan həmin limanın yük dövriyyəsi faktiki olaraq Həştərxanla Ola arasında artıq bölüşdürülüb).



Rusiyanın İqtisadi inkişaf naziri Azərbaycana gəlir
Xəzər dənizi üzərindən körpü tikilir? - AÇIQLAMA
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdı
Prezident yeni yolun açılışında iştirak etdi
Bakıda bu körpü sökülür
Bakıdakı bu məşhur körpü sökülür
Bakı-Sumqayıt yolundakı yeni körpüdən XƏBƏR VAR
Bakı-Sumqayıt yolunda körpünün aşırım tirləri söküldü - FOTOLAR
Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
Bakı ilə Mahaçqala arasında yüksəksürətli qatar işləyəcək
Rusiya ilə sərhəddə avtomobil yolu tikiləcək
Kürün üzərində yeni körpü tikildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 